Xocavənd rayonunun Xocavənd şəhərində çoxmənzilli (70 mənzil - 4 900 m2) yaşayış binalarının təmiri işlərinə 1 686 977 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, xidməti “İQ Mining” MMC həyata keçirəcək. Bir mənzilin təmiri 24 100 manata başa gələcək.
“Ağdan, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 4 Dekabr 2025, 13:29