AZ

ABŞ Sülh İnstitutuna Trampın adı verildi

ABŞ Dövlət Departamenti Trampın şərəfinə Amerika Birləşmiş Ştatları Sülh İnstitutunun adını dəyişdirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

ABŞ Dövlət Departamenti Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları Sülh İnstitutunun (USIP) adını Donald Tramp Sülh İnstitutu olaraq dəyişdirib.

"Bu səhər Dövlət Departamenti keçmiş Sülh İnstitutunun adını ölkəmizin tarixindəki ən böyük sövdələşmə qurucusunun şərəfinə dəyişdirdi. Donald Tramp Sülh İnstitutuna xoş gəlmisiniz. Ən yaxşısı hələ qabaqdadır", - deyə Dövlət Departamenti X sosial media platformasında paylaşımında bildirib.

Paylaşığa institut binasının fotosu əlavə edilib və üzərində Amerika liderinin adı yazılıb.

Seçilən
73
ikisahil.az

1Mənbələr