AZ

İsraildə İrana casusluq edən şəxs həbs edildi


İsrail polisi İrana casusluq etməkdə şübhəli bilinən Aşkelon sakinini həbs edib.
Yeniavaz.com
“The Times of İsrael” qəzetinə istinadla xəbər verir ki, bu barədə polis və Şin Betin (Daxili Təhlükəsizlik Xidməti) birgə bəyanatında bildirilib.
Bəyanata görə, şübhəli 37 yaşlı Əmir Malkanın casusluq fəaliyyəti müqabilində minlərlə dollar aldığı müəyyən edilib.
O, keçən ay polis və Şin Bet tərəfindən aparılan istintaq zamanı həbs edilib.
Polis iddia edilən casusluğun mahiyyəti barədə ətraflı məlumat verməyib.
Seçilən
30
yeniavaz.com

1Mənbələr