Avropa İttifaqı Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivələrində strateji çatışmazlıqlar olduğu iddiası ilə yüksək riskli ölkə kimi təsnif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirlib ki, Aİ Komissiyası maliyyə cinayətləri ilə beynəlxalq mübarizəni gücləndirmək məqsədilə Rusiyanın yüksək riskli yurisdiksiyalar siyahısına əlavə olunduğunu açıqlayıb.
Açıqlamada bildirilib ki, Aİ Komissiyası dövlət mənbələrindən, üzv ölkələrin səlahiyyətli qurumlarından və Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) toplanan məlumatları birləşdirərək texniki qiymətləndirmə aparıb və Bu qiymətləndirmədə Rusiyanın yüksək riskli üçüncü ölkə kimi müəyyən edilmə meyarlarını qarşıladığı nəticəsinə gəlinib.
Rusiyanın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsindəki çatışmazlıqları səbəbilə qara siyahıya salındığına diqqət çəkilən açıqlamada, bu qərar çərçivəsində maliyyə qurumlarının Rusiya ilə bağlı bütün əməliyyatlarda daha ehtiyatlı davranmalı və lazımi araşdırma tələblərinə əməl etməli olduqları bildirilib.