Narkotik oğurluğunda şübhələnərək məktəbli qıza işgəncə verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyada iki 17 yaşlı gənc narkotik vasitələri oğurlamaqda şübhələndikləri məktəbli qızı boş əraziyə apararaq amansızca döyüb və lüt soyundurublar.
Onlar qıza bıçaqla xəsarətlər yetirib, daha sonra kürəyinə “Ж” hərfini oyublar. Zərərçəkənin üzünün tanınmaz hala salındığı bildirilir.
Təcavüzkarlar artıq saxlanılıb. Faktla bağlı qanunsuz narkotik dövriyyəsi və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

Xuraman Etibarlı
İnterpress.az