Dünya üzrə dollar milyarderlərinin sayı 2025-ci ilin aprelinə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 287 nəfər artıb.
"Yeni Sabah" UBS Bank-ın (İsveçrə) araşdırmasına görə, siyahıya sərvətlərini miras qoyan 91 nəfər (298 milyard dollar) daxildir. Bu, yeni rekorddur. UBS-in hesablamalarına görə, milyarderlər yaxın 15 il ərzində öz varislərini ən azı 5,9 trilyon dollar qoyub gedəcəklər.
Dünyada 2919 milyarder (2545 kişi və 374 qadın) var. Onların ümumi sərvəti il ərzində 13% artaraq 15,8 trilyon dollara çatıb.
Amerikalı milyarderlərin sayı 89 nəfər artaraq 924 nəfərə çatıb ki, bu da dünya ümumisinin 31,7%-ni təşkil edir. Siyahıya 109 yeni ad əlavə edilib.
Qlobal milyarderlərin sərvətinə görə Asiya-Sakit Okean regionu 4,2 trilyon dollarla (11,1%) ikinci, Avropa, Yaxın Şərq və Afrika isə 4,1 trilyon dollarla (10,4% artım) üçüncü yerdədir.
Telegram kanalımız