Məşhur astroloq Dinçer Güner təsiri 3 gün davam edəcək Merkuri və Yupiter arasında yaranan bucaqla bağlı proqnozlar verib.
Publika.az xəbər verir ki, bu bucağın müsbət təsirləri sayəsində bütün bürclərin həyatında yeniliklər ola bilər.
Dinçer Günerin sözlərinə görə, 3 gün ərzində insanları hər hansı məsələdə razı salmaq daha asan olacaq. Məsələn, müdirinizlə maaş artımı, həyat yoldaşınızla hər hansı problemlə bağlı məsələləri bu günlərdə rahatlıqla danışıb həll edə bilərsiniz.
Əgər kiminləsə mübahisəniz və ya pis münasibətləriniz varsa, barışmaq üçün ideal vaxtdır. Həmişə öyrənmək istədiyiniz dil, hobbi və ya proqrama başlaya bilərsiniz.
Əgər tələbəsiniz və ya imtahana hazırlaşırsınızsa, məlumatları daha tez mənimsədiyinizi görəcəksiniz. Müqavilələr və sazişlər imzalamaq uzunmüddətli gəlir gətirə bilər.