AZ

Türkiyə 2026-da bu tədbirlərə ev sahibliyi edəcək

Türkiyə 2026-cı ildə NATO, COP31 və TDT zirvələrinə ev sahibliyi edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, son illərdə həm regionunda, həm də qlobal diplomatiya səhnəsində aktiv rol oynayan Türkiyə, xüsusilə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir çox problemli bölgə və mövzularda vasitəçilik təşəbbüslərini, humanitar diplomatiya addımlarını və çoxtərəfli əməkdaşlıq mexanizmlərini effektiv şəkildə istifadə edir.

Bu diplomatik gücünü beynəlxalq zirvələrə ev sahibliyi etməklə daha da artırmaq istəyən Türkiyə gələn il beynəlxalq səviyyədə üç böyük zirvəyə ev sahibliyi edəcək.

Bu çərçivədə COP31 Zirvəsinin İstanbulda, əsas konfrans tədbirlərinin isə Antalyada keçirilməsi planlaşdırılır. 

NATO Zirvəsi isə iyul ayında Ankarada təşkil ediləcək.

Türkiyə fəal rol oynadığı Türk Dövlətləri Təşkilatının 13-cü zirvəsinə də 2026-cı ildə ev sahibliyi edəcək.

Sözügedən beynəlxalq zirvələr, Türkiyənin qlobal diplomatiyaya yön verən ölkələr arasında mövqeyini gücləndirməsi baxımından böyük əhəmiyyət daşıyacaq.

Seçilən
52
1
operativmm.az

2Mənbələr