AZ

Könüllülər öz fəaliyyətləri ilə dürüstlüyü təlqin edirlər - Sektor müdiri

Bakı. Trend:

Könüllülük nə deməkdir – desəm, əksəriyyətiniz ilk növbədə asudəvaxtın maraqlı və faydalı keçirilməsi, yeni dostlar qazanılması,insanlara kömək və diqqət göstərilməsi kimi qiymətləndirərsiniz.Bu, tamamilə doğrudur.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsininsektor müdiri Həmid Nəsibov “Konstitusiya və Suverenlik İli”nə həsredilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilənAzərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanıdeyib.

H. Nəsibov bildirib ki, könüllülük ilk növbədə təəssübkeşlikdeməkdir:

"Bu başqalarının çətinliklərini anlamaq, bölüşmək və eynizamanda onların sevincli anlarına şərik olmaq deməkdir. Buinsanlara yardım etmək, bəzən isə heç bir qarşılıq gözləmədənxidmət göstərmək deməkdir. Və bütün bu ali dəyərləri özündə daşıyanhər bir gənc ən yüksək alqışa layiqdir".

Sektor müdirinin sözlərinə görə, Prezident İlham Əliyevdəfələrlə çıxışlarında, gənclərlə görüşlərində könüllülükhərəkatına yüksək qiymət verib:

“Könüllülər öz fəaliyyətləri ilə həm dövlət məmurlarına, həm dəsıravi vətəndaşlara dürüstlüyü və təmizliyi təlqin edirlər”.

O əlavə edib ki, bu il həm könüllülər, həm də dövlətimiz üçünəlamətdar il olub:

“Bildiyiniz kimi, ölkəmizin tam suverenliyini qeyd edirik. Eynizamanda, könüllüləri öz çətiri altında birləşdirən AzərbaycanKönüllü Təşkilatları İttifaqının da 5 yaşı tamam olur.

Qısa müddət ərzində Könüllü Təşkilatları İttifaqı böyük vəuğurlu bir yol keçib, ətrafında birləşdirdiyi könüllülərlətariximizə öz imzasını qoyub”.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr