AZ

“Doha görüşü Zəngəzur dəhlizi və konstitusiya məsələlərini gündəmə gətirəcək” HƏRBİ EKSPERT

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası əlumat yayıb.

Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.

Mövzu ilə Gununsesi.info -ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalansa da, bəzi məsələlərdə fikir ayrılıqları qalmaqdadır:

“Xüsusilə Ermənistan tərəfindən konstitusiya və onun istinad etdiyi Ermənistanın müstəqillik aktına dair tələblərin yerinə yetirilməsi ilə bağlı ziddiyyətli bəyanatlar eşidilir.

Görüşdə həm delimitasiya məsələləri, həm Zəngəzur dəhlizinin açılması, həm də Ermənistanın üzərinə götürdüyü digər öhdəliklərin yerinə yetirilməsi barədə kifayət qədər müzakirə olunası mövzular mövcuddur.

Bir çox ölkələr bu sazişin öz ərazilərində imzalanmasını arzulayır. Bu prosesdə xüsusilə ABŞ Prezidenti Trampın səylərini daha aktiv şəkildə müşahidə edirik. Odur ki, müəyyən təsir və əks təsirlərin qarşısını almaq üçün hər iki ölkənin mövcud problemləri öz aralarında müzakirə etməsi kifayət qədər müsbət addımdır”.

Ədalət Verdiyevin fikrincə, bu görüşlər nəticəsində Azərbaycan ilə Ermənistan mövcud fikir ayrılıqlarını aradan qaldıraraq, uzun müddətdir gözlənilən sülh sazişinin imzalanmasına nail ola biləcəklər:

“Lakin bunun üçün müəyyən qədər zaman tələb olunacaq. Əsas maneələr Ermənistanın konstitusiyasında dəyişiklik edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı hələ də dəqiq qərar verməməsidir.

Bu qərarlar tam verildikdən, konstitusiya dəyişikliyi həyata keçirildikdən və Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar qəbul edildikdən sonra sülh sazişinə ciddi bir maneənin qalmayacağını düşünürəm”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr