AZ

“Liverpul”un baş məşqçisinin qovulma ehtimalı artdı

BAKI, 4 dekabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərə "Liverpul"unun baş məşqçisi Arne Slotun klubdan göndərilmə ehtimalı artıb.

Teleqraf xəbər verir ki, bukmekerlər niderlandlı mütəxəssisin Mersisayd təmsilçisindən qovulma ehtimalını son 24 saat ərzində 6.00-dan 2.50-yə qədər azaldıb.

"Qırmızılar" son 14 oyunun yalnız 4-də qalib gələ bilib. Komanda ötən gün Premyer Liqanın XIV turu çərçivəsində "Sanderlend"lə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, "Qarabağ" yanvarın 28-də səfərdə "Liverpul"la qarşılaşacaq.

Seçilən
171
teleqraf.com

1Mənbələr