ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrinə kəskin reaksiya verib.
O, Aİ-nin belə bir addım atacağı təqdirdə bunun Rusiya üçün “casus belli” - yəni müharibə üçün əsas kimi qiymətləndirilə bilinəcəyini bildirib.
Medvedevin sözlərinə görə, əgər Brüssel “reparasiya krediti” adı altında Moskvanın aktivlərini mənimsəməyə qərar verərsə, bunun nəticələri Aİ üçün “tamamilə fərqli” olacaq. O bildirib ki, belə bir addım beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və Moskva bunu cavabsız qoymayacaq.
Rusiya rəsmisi əlavə edib ki, əgər Aİ Rusiya vəsaitlərini qanunsuz şəkildə götürərsə, gələcəkdə bu pulları geri qaytarmaq məcburiyyətində qalacaq:
“Bəlkə də həmin vəsaitləri sonra məhkəmədə deyil, Rusiyanın düşmənləri tərəfindən ödəniləcək real reparasiyalar şəklində geri almağa məcbur olacaqlar”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı hazırda dondurulmuş Rusiya aktivlərinin gəlirlərinin, eləcə də müəyyən hissəsinin Ukraynanın bərpasına yönəldilməsi imkanlarını müzakirə edir. Moskva isə bunu “oğurluq” və “müsadirə” adlandıraraq sərt mövqeyini nümayiş etdirir.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.