AZ

Hindistan Rusiyadan nüvə hücumu üçün sualtı qayıq icarəyə götürəcək

Hindistan Rusiyadan nüvə hücumu üçün nəzərdə tutulmuş sualtı qayıq icarəyə götürəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Məlumata görə, sövdələşmənin dəyəri təxminən 2 milyard dollar təşkil edir. Gəmi on il müddətinə icarəyə götürüləcək və iki il ərzində Hindistana təhvil veriləcək.

Hindistan bu sualtı qayıqdan yalnız təlim məqsədilə istifadə edəcək. Mənbələr bildirirlər ki, gəmi dənizçilərin hazırlığı və gələcəkdə öz gəmilərinin inşasında təcrübə üçün nəzərdə tutulub.

Qeyd edək ki, Hindistan 2012-ci ildə Moskvadan Nerpa sualtı qayığını on illik icarəyə götürmüş, onu 2021-ci ildə Rusiyaya qaytarmışdı.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr