AZ

Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu keçirilir

Bakıda "Konstitusiya və Suverenlik İli"nə həsr edilən 7-ci "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu keçirilir.

Olaylar.az xəbər verir ki, 3 mindən çox könüllünün iştirak edəcəyi forum çərçivəsində İttifaqa üzv olan könüllü təşkilatlarının sərgisi keçirilir.

Həmçinin, il ərzində Azərbaycanda könüllülüyün inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə təqdimatı baş tutacaq.

Bununla yanaşı, ənənəvi olaraq il ərzində fəaliyyətlərinə görə fərqlənən könüllülər müxtəlif nominasiyalar üzrə təltif olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr