AZ

ƏƏSMN və Dünya Bankıarasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankınınmissiyası ilə görüş olub.

Trend xəbərverir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, ötən dövrdə Nazirliklə Dünya Bankı arasındauğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalininsosial müdafiəsi nazirinin müavini Anar Bayramov son illərölkəmizdə əlillik və reabilitasiya sahələrində aparılan islahatlaradair məlumat verib.

Əlilliyin qiymətləndirilməsi sisteminin rəqəmsalinfrastrukturunun qurularaq daim təkmilləşdirildiyi qeyd edilib.2022-ci ilin 1 iyulundan qabaqcıl dünya təcrübəsi əsasında tətbiqolunan yeni meyarlarla əlilliyin qiymətləndirilməsinin daha genişspektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faiziəsasında həyata keçirildiyi bildirilib. Habelə reabilitasiyaxidmətləri və vasitələri ilə təminat sahəsində görülən işlər, busahədə yeniliklər diqqətə çatdırılıb.

Missiyanın üzvləri - Dünya Bankının ölkə meneceri StefanieStallmeister, sosial müdafiə üzrə baş mütəxəssisləri MarijanaJarasevic və Aleksandra Posarac, əməliyyatlar üzrə analitik NigarSaidixova aparılan islahatlara dair fikirlərini bildiriblər.

Görüşdə əlillik sistemi üzrə Dünya Bankının yeni məsləhətxidmətləri və analitika çərçivəsində araşdırmaları təqdim edilib,əlillik sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsiaparılıb.

ƏƏSMN
ƏƏSMN
Seçilən
104
7
az.trend.az

8Mənbələr