AZ

Food blogerlər insanları BELƏ ALDADIR – ŞOK FOTOLAR

“Ölkədə bir tayfa çıxıb özünü foodblogger adlandırır, amma gördüyü iş yemək yox, camaatın əsəbi ilə qidalanmaqdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Facebook-dakı “Molla Nəsrəddin” səhifəsi paylaşıb.

“Kim azca tanınır, başlayır ‘şəkilbəzlik’lə adam aldatmağa. Foodblogger deyil, elə bil qaşıq influenceridi. Belə ki, ‘dilbaz reklamçı’lar, ‘yeməyin üzünə pudra çəkənlər’ yeməyi yemir, reklamı udur. Onlar üçün porsiyanı mətbəxdə xüsusi ‘qonaq payı’ kimi düzəldirlər, sonra da camaata guya real adı ilə göstərirlər. Normal adam gedib öz gözü ilə çəkər, nədirsə onu deyər. Bu ‘yağlı dil ustaları’ isə realı görsə, ürəyi bulanar. Necə deyərlər, malın tərifi çox olanda bilin ki, içi boşdur.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
58
1
konkret.az

2Mənbələr