AZ

Moldova ərazi bütövlüyünü təmin etmək üçün plan hazırlayıb: Gizli saxlanılır

Moldova Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq edərək tanınmamış Dnestryanı bölgənin reinteqrasiyası planı hazırlayır.

Publika.az xəbər verir ki, “Newsmaker”in məlumatına görə, bunu baş nazirin reinteqrasiya məsələləri üzrə müavini Valeriu Kiver bildirib.

Baş nazirin müavini təsdiqləyib ki, Moldova hakimiyyəti Aİ və ABŞ ilə əməkdaşlıq edərək ölkənin birləşməsi planı hazırlayır.

"Biz həqiqətən də reinteqrasiya üçün strategiya və ya yol xəritəsi üzərində fəal şəkildə işləyirik. Ancaq bildiyiniz kimi, həssas məsələlər ehtiyatlı olmağı tələb edir. Biz zamanla nəticə verəcək addımlar üzərində düşünməliyik. Bütün bu addımlar barədə real vaxtda danışa bilmərik, çünki bu, zərərli ola bilər", - Kiver bildirib.

O əlavə edib ki, bu plan “uyğun zamanda” ictimaiyyətə açıqlanacaq.

Seçilən
54
publika.az

1Mənbələr