AZ

Filippin HDQ “Miguel Malvar” sinifli 2-ci freqatla güclənib

Dekabr ayının 2-də Filippin Hərbi Dəniz Qüvvələri Cənubi Koreyada hazırlanmış “Diego Silang” freqatını istismara verib.

Herbiand.az bildirir ki, bu, Manilanın mübahisəli Cənubi Çin dənizindəki mövcudluğunu gücləndirmək üçün növbəti cəhdidir.

Yeni gəmi 18-ci əsrdə yaşamış filippinli inqilabçının adını daşıyır. Onun missiyası Qərbi Filippin dənizi və Filippinin Cənubi Çin dənizindəki eksklüziv iqtisadi zonası haqqında məlumatlılığı artırmaqdır.

2021-ci ilin dekabr ayında Filippin Müdafiə Nazirliyi və Cənubi Koreyanın Hyundai Heavy Industries şirkəti iki “Miguel Malvar” sinifli freqatın tədarükü üçün müqavilə imzalayıblar. Müqavilənin dəyəri 556 milyon ABŞ dolları təşkil edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
45
herbiand.az

1Mənbələr