AZ

Velosiped və skuter oğruları saxlanıldı

Paytaxtın Nizami və Yasamal rayonunda velosiped, eləcə də skuter oğurlanıb. 

Avtosfer.az xəbər verir ki, zərərçəkənlər bununla bağlı polisə məlumat verərək ümumi dəyəri 2000 manat olan ikitəkərli nəqliyyat vasitələrinin naməlum şəraitdə oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən P.Danişyar və əvvəllər məhkum olunmuş H.Tahirov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Seçilən
17
11
avtosfer.az

10Mənbələr