AZ

“Azərbaycan könüllülərinin 32 dövlət qurumunda fəaliyyəti 10 minlərlə gənci əhatə edir” Yusif Vəliyev

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bildiyiniz kimi, 2009-cu ildə Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” qanun ölkəmizdə könüllülüyün hüquqi bazasını yaratdı. Dövlət tərəfindən könüllülüyün təşviqi və gənclərin ictimai-sosial fəaliyyətə cəlb edilməsi əsas prioritetlərdən birinə çevrildi. ASAN Könüllüləri ilə başlayan proses bu gün artıq 32 dövlət qurumunu əhatə edir və minlərlə könüllü müxtəlif dövlət qurumlarında və beynəlxalq tədbirlərdə aktiv iştirak edir”, – deyə SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunan VIII Həmrəylik Forumunda çıxışı zamanı bildirib.

Yusif Vəliyev vurğulayıb ki, Gənclər Fondu ölkədə könüllülük hərəkatının inkişafını dəstəkləyir: “2019-cu ildən etibarən fond tərəfindən müxtəlif qrantlar ayrılır, irimiqyaslı layihələr keçirilir, könüllü təşəbbüslər birbaşa dəstəklənir. Hər il təşkil olunan Könüllü Həftəsi, Yayfest düşərgələri, forumlar, seminarlar, festivallar və təlimlər fondun əsas dəstək istiqamətlərindəndir. Eyni zamanda, könüllü təşkilatlarının layihələrinə birbaşa dəstək göstərməklə hərəkatın inkişafına töhfə veririk”.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə gənclərin cəlb olunması və “Qayıdış Könüllüləri” proqramının təşkili də fondun prioritetlərindəndir: “2020-ci il Vətən Müharibəsi zamanı Azərbaycan könüllüləri həm ön, həm də arxa cəbhədə əzmlə iştirak etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan Tarixi Zəfərimizin 5 illiyi münasibətilə bütün könüllüləri təbrik edirəm”.

Fond rəhbəri həmçinin pandemiya dövründə könüllülərin fəaliyyəti barədə də danışıb: “Cənab Prezidentin çağırışından sonra ölkədə könüllü təşkilatların əlaqələndirmə mərkəzi formalaşdırıldı və bu platforma əsasında Azərbaycan Könüllü Təşkilatları İttifaqı təsis edildi. Bu il AKTİ-nin 5 illiyini qeyd edirik və bütün üzv təşkilatları, könüllüləri təbrik edirəm”.

Yusif Vəliyev forum iştirakçılarına müraciət edərək deyib: “Əziz könüllülər, bu gün sizin gününüzdür. Azərbaycan gəncləri intellektual, dövlətini sevən, vətənpərvər ruhda yetişir, dövrümüzün çağırışlarına cavab verir və yenilikləri tətbiq edir. Siz il ərzində müxtəlif dövlət qurumlarında vətəndaş xidmətində, beynəlxalq konfranslarda və idman tədbirlərində əsas pay sahiblərindən biri olursunuz. Könüllü fəaliyyətinizə dövlətin və cəmiyyətin verdiyi dəyər əvəzolunmazdır. Eyni zamanda milli və dövlət maraqlarında Cənab Prezidentin bütün çağırışları ətrafında birləşməyiniz böyük fərqlə müşahidə olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sia.az

2Mənbələr