AZ

Rusiyada "Face Time" proqramı əngəlləndi

Hurriyyet.az xəbər verir ki, Rusiyada "Face Time" tətbiqi bloklanıb.

Roskomnadzor (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidmət Komitəsi) "Apple" şirkətinin video zəng tətbiqi olan "FaceTime" proqramına qarşı "məhdudlaşdırıcı tədbirlər" tətbiq edib.

Roskomnadzorun mətbuat xidməti bu barədə "Gazeta.ru" portalına məlumat verib.

İdarə bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, "FaceTime" proqramından "ölkədə terror aktlarını təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, xalqa qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək" üçün istifadə olunur.

Açıqlamada deyilir: "Bununla əlaqədar olaraq, Roskomnadzor "FaceTime" proqramına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir".

Hürr Tərcüman

 

Seçilən
62
hurriyyet.az

1Mənbələr