AZ

Medvedev Avropanı müharibə ilə təhdid edib

Hurriyyet.az xəbər verir ki, Medvedev Avropanı müharibə ilə hədələyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın Avropa İttifaqındakı dondurulmuş aktivlərindən Ukraynaya "təzminat krediti" üçün istifadə edilməsi müharibə elan etmək üçün qanuni səbəb ola bilər. 

O, vəsaitlərin qaytarılmasının "məhkəmə yolu ilə deyil, faktiki təzminatlar yolu ilə baş verə biləcəyini" vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyası Kiyevə Rusiya Mərkəzi Bankının "Euroclear" hesablarından götürüləcək 140 milyard avro da daxil olmaqla, 210 milyard avroya qədər vəsait ayırmağı təklif etmişdi. Vəsaitin bir hissəsi Ukraynanın müdafiəsinə, qalan hissəsi isə kredit ödənişlərinə və büdcə ehtiyaclarına yönəldiləcək. Qərar üçün Aİ üzvü olan dövlətlərin əksəriyyətinin razılığı tələb olunur.

Belçikanın Baş naziri Bart de Vever qeyd edib ki, Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirə edilməsi beynəlxalq təcrübəyə ziddir və Moskva və digər ölkələr tərəfindən cavab tədbirlərinin görülməsinə səbəb ola bilər. 

ABŞ isə Ukrayna ilə sülh müqaviləsindən sonra Rusiyanın dondurulmuş aktivlərini qaytarmağı planlaşdırdığını açıqlayıb.

Hürr Tərcüman

 

Seçilən
78
hurriyyet.az

1Mənbələr