AZ

Yusif Vəliyev: Gənclərimiz intellektual, vətənini sevən şəxslər kimi formalaşırlar

“Azərbaycan gəncləri düşüncəli, intellektual, vətənini sevən, dövlətpərəst şəxslər kimi formalaşmaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun innovativ ideyalar tətbiq edirlər”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda könüllülük hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoyub: “2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” Qanun ölkəmizdə könüllülük üçün hüquqi bazanı yaradıb. Eyni zamanda cənab Prezident tərəfindən dövlət qurumlarında könüllülərin cəlb edilməsi ilə bağlı tapşırıqlardan sonra könüllülərin sosial fəaliyyətlərdə iştirakı üçün imkanların genişləndirilməsi dövlətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. Bir çox dövlət qurumlarında könüllü proqramları, könüllü təşkilatları formalaşdırılıb. “ASAN könüllüləri” ilə başlanan bu proses artıq 630-dan çox dövlət qurumunu əhatə edir. Minlərlə könüllü il ərzində müxtəlif dövlət qurumlarında, vətəndaş xidmətlərində, beynəlxalq və idman tədbirlərinin təşkilində iştirak edirlər”.

Y.Vəliyev qeyd edib ki, könüllülüyün inkişaf etdirilməsi məqsədilə fond tərəfindən müxtəlif işlər görülməyə davam edir: “Könüllülüyün inkişafı, yeni imkanların yaradılması, mövcud şəraitin gücləndirilməsi məqsədilə Gənclər Fondu tərəfindən müxtəlif qrantlar ayrılır, innovativ layihələr həyata keçirilir, könüllü təşəbbüsləri birbaşa dəstəklənir. 

İstər müxtəlif dövlət qurumlarında, istər ölkəmizdə keçirilən beynəlxalq konfrans və tədbirlərin, istərsə də idman yarışlarının təşkilində bizi qarşılayan ilk simalar könüllülərdirlər, tədbirlərin əsas iştirakçıları və dayağı onlardır. 

Yalnız gündəlik fəaliyyətdə deyil, həmçinin Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsində də Prezidentin ətrafında birləşməyinizi yüksək qiymətləndiririk”, – deyə könüllülərə müraciət edərək bildirib. 

Seçilən
21
50
tehsil.biz

10Mənbələr