AZ

Məşhur kolbasa zavodunda VƏRƏM TAPILDI – VİDEO

Məşhur kolbasa zavodunda vərəm aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada yerləşən “Çerkizovo” ət kombinatında vərəm xəstəliyinin yayılmasından şübhələnilir. Məlumata görə, əməkdaşlardan birində xəstəliyin açıq forması aşkar edildikdən sonra müəssisədə yoxlamalar başlanılıb.

Hazırda bütün personal məcburi şəkildə tibbi analizlərə cəlb olunub. Nəticələrinə görə, bir çoxlarında testin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, sözügedən müəssisə “Çerkizovo” brendi altında kolbasa, sosiska və digər ət delikatesləri istehsal edən Rusiyanın ən böyük zavodlarından biridir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
63
interpress.az

1Mənbələr