AZ

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 95 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin oktyabr ayında qeyd edilən regiondan ölkəyə 10,8 mindən çox xarici vətəndaş səfər edib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 7,5 faiz çox, cari ilin sentyabr ayına nisbətdə isə 13 faiz azdır.

2025-ci ilin oktyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Ukrayna – 3 374

Belarus – 2 292

Polşa – 1 177

Macarıstan – 732

Moldova – 503

Rumıniya – 384

Çexiya – 365

Litva – 336

Latviya – 295

Serbiya – 272

Seçilən
44
vergiler.az

1Mənbələr