AZ

Gecə 11-də qapısını döyən şəxsi öldürdü: Bu cəza verildi

Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb.

Publika.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham edilsə də, məhkəmə onun daha yüngül maddə olan 120.1-ci maddəyə əsasən cəzalandırılmasına qərar verib. 47 yaşlı kişi 11 il həbsə məhkum edilib.

Seçilən
102
6
publika.az

10Mənbələr