Bakı. Trend:
30 noyabr- 4 dekabr 2025-ci il tarixlərində Çinin Quançjouşəhərində keçirilən “Imperial Springs” Beynəlxalq Forumu qlobaləməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri,ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir arayagətirib.
Trend xəbər verir ki, bubarədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.
Forumda 30-dan çox ölkədən sabiq dövlət və hökumət başçıları,nüfuzlu şəxslər və tanınmış alimlər iştirak edib.
Tədbir çərçivəsində multilateralizm, qlobal təhlükəsizlik,iqtisadi transformasiyalar, iqlim və aşağı karbon inkişafı,texnoloji innovasiyalar, eləcə də 2030 gündəliyinin icrasına dairvacib məsələlər müzakirə olunub.
Forumun əsas tərəfdaşlarından olan Nizami Gəncəvi BeynəlxalqMərkəzi yüksək səviyyəli panellərdə geniş təmsil olunub.
Mərkəzi aşağıdakı üzvlər təmsil edib:
- Vayra Vike-Frayberqa, Mərkəzin həmsədri, Latviyanın sabiqPrezidenti
- Maria Fernanda Espinosa, BMT Baş Assambleyasının 73-cüsessiyasının Prezidenti
- Jean Baderşnayder, Fortescue şirkətinin İdarə Heyətinin üzvü
- Zlatko Lagumdziya, Bosniya və Herseqovinanın sabiq Baş naziri,BMT-də Daimi Nümayəndəsi
- Mladen Ivaniç, Bosniya və Herseqovinanın sabiq Prezidenti
- İv Leterme, Belçikanın sabiq Baş naziri
- Volkan Bozkır, BMT Baş Assambleyasının 75-ci sessiyasınınPrezidenti
- Rosen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti
NGIC nümayəndələri qlobal idarəetmənin yenidən tənzimlənməsi,iqtisadi dayanıqlıq, texnoloji təhlükəsizlik, yaşıl inkişaf vəçoxtərəfli əməkdaşlıq mövzularında diskussiyalara töhfəveriblər.
Qeyd edək ki, Mərkəz “Imperial Springs” Beynəlxalq Forumu iləuzunmüddətli əməkdaşlığı çərçivəsində qlobal dialoqun təşviqi, sülhvə inkişaf naminə çoxtərəfli platformaların qurulması, həmçininliderlərin birgə fəaliyyətinin dəstəklənməsi istiqamətində fəal roloynayır.