Bakı. Trend:
Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriRamin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti RavvinMark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri bildirib ki, ölkəmizdə zəngin multikulturalizmdəyərlərinin təbliği və təşviqi dövlətin din siyasətinin prioritetistiqamətlərindən biridir. Bu, Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dinikonfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlətdəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrininmehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvixüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Görüşzamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalqtədbirlərin əhəmiyyətinə də toxunan Komitə sədri bu platformanınmüxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq,əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobalsəviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.
Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçidirektoru Ravvin Mark Şnayer ölkəmizdə uzun illərdir mövcud olandini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksəkdəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnikqrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçünyaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib.Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də buölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.
Görüşdə mövcud dinlərarası harmoniya mühitininmöhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslərətrafında geniş fikir mübadiləsi aparılıb.