Bakıda Yeni Bulvar ərazisində velosiped yolu istifadəyə verilib.
Paralel.az xəbər verir ki , bu barədə informasiyanı Bulvar İdarəsinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, yeni çəkilən zolaq mikromobilliyin inkişafı, sağlam həyat tərzinin təbliği, həmçinin piyadaların daha təhlükəsiz və rahat hərəkəti üçün şərait yaradır.