AZ

İraq “Hizbullah” və “Ənsar Allah” hərəkatlarının aktivlərini dondurur

Bakı, 4 dekabr, AZƏRTAC

İraq hakimiyyəti Livanın “Hizbullah” və Yəmənin “Ənsar Allah” hərəkatını aktivləri dondurulan təşkilatlar siyahısına əlavə edib.

AZƏRTAC xəbər verir ki, “Shafaq News” portalının məlumatına görə, müvafiq fərman noyabrın 17-də dərc olunub. İraq hökumətinin qərarına əsasən, ölkənin bütün banklarından, maliyyə və dövlət qurumlarından siyahıya daxil edilmiş fiziki şəxslərə və təşkilatlara məxsus daşınan və daşınmaz əmlakın dondurulması və növbəti xəbərdarlığadək onlarla birbaşa və ya dolayı maliyyə və ya bank əməliyyatlarının aparılmaması tələb olunur.

Qeyd edək ki, İraq hakimiyyəti 2003-cü ildən Livanın “Hizbullah”, Fələstinin “HƏMAS”, Yəmənin “Ənsar Allah”, həmçinin ölkə ərazisində fəaliyyət göstərən “İslam Müqaviməti” kimi hərəkatların daxil olduğu “Qarşıdurma oxu” adlandırılan qrupdan uzaqlaşmağa çalışır.

Seçilən
56
1
azertag.az

2Mənbələr