AZ

ABŞ-Rusiya danışıqları müsbət nəticə verməyəcək - Rəy

Yazını böyüt
Yazını kiçilt

ABŞ və Rusiya Avropanı prosesdən uşaq tutmağa çalışır" - Məhəmməd Əsədullazadə

“Vladimir Putin birbaşa ABŞ-la danışıqlara gedərək, Avropa İttifaqını prosesdən çıxarır. Halbuki, Avropasız Ukrayna böhranının həlli yoxdur”.

Bunu Hafta.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkof və kürəkəni Kuşnerin Kremldə Vladimir Putinlə görüşü və gözləntilərlə bağlı şərhində deyib. Ekspert hesa edir ki, görüş nəticəsiz olsa da, danışıqların davam etdirilməsi razılaşdırılıb.

Ekspert eyni zamanda qeyd edib ki, Putin yenidən öz təkliflərini Uitkofa təqdim etməklə Trampın mövqeyini gözləyəcək:

"Kremldə aparılan danışıqlarda Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasının danışıqlar predmeti olması istisna deyil. ABŞ nümayəndə heyəti Rusiyaya daha yaxın şəxslərdi və Kiyevə deyil, birbaşa Vaşinqtona qayıtdılar. Bu görüşün alt qatında ABŞ-la Rusiyanın Avropa İttifaqını prosesdən uzaqlaşdrmaq niyyəti dayanır. ABŞ və Rusiyanın Ukrayna ilə bağlı 28 maddəlik "sülh planı" bunun bariz nümunəsidir. Amma Avropa İttifaqı bu prosesi pozaraq, 19 bəndlik razılaşma mətni hazırladı. Rusiya danışırlara qatılır və sülhə hazır olduğu görüntüsünü nümayiş etdirir, amma konkret öz şərtlərindən geri çəkilmir. Hazırda Rusiya heç bir atəşkəsə getmir. Həmçinin Avropa ölkələri və Ukrayna Rusiyanın şərtlərini qəbul etmir. Çünki, Rusiyanın şərtləri güc yolu ilə sərhədlərin dəyişdirilməsidir. Bu, beynəlxalq hüququn pozulması və yeni dünya siyasi nizamında güc tətbiqinin önə çıxmasıdır. Bu da digər regionlarda yeni hərbi toqquşmalara yol aça bilər.

Ukrayna münaqişəsinin həll formulu yalnız Qərb Alyansının Ukraynada Rusiya ordusuna güc tətbiq etməklə, Rusiyanı öz şərtlərindən imtinaya məcbur etməkdən keçir. Qərb Alyansi indiyə kimi verilməyən hücum və öldürücü silahları Ukraynaya verməklə, danışıqları öz lehinə dəyişə bilər".

Ekspert hesab edir ki, hazırda ABŞ və Rusiya arasında aparılan danışıqlar müsbət nəticə verməyəcək:

“Tərəflərin ortaq nöqtəsi isə atəşkəs razılaşmasına getməkdir. Atəşkəs rejimi ilə bağlı Kremldə fikir ayrılıqları yaranıb. Rusiya xarici işlər naziri Sergey Lavrov Aralıq sazişi imzalanması şərtini irəli sürüb. Rusiya prezidenti Ukraynada kiçik qələbə əldə etməklə, taktiki üstünlük əldə etməyə çalışır. Rusiya taktiki üstünlük əldə etdikdən sonra hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Məhz Putin Donbası Rusiyaya verməklə, Avropaya hücum etməmək barədə yazılı şəkildə müqaviləyə imza atmağa hazır olduğunu qeyd edir. ABŞ prezidenti isə Rusiya resurslarından istifadə və Çinə qarşı birgə çıxış etməklə, Ukrayna ilə bağlı Rusiyaya güzəştə getməyə hazırdır”.

Tahirə Qafarlı

Seçilən
49
2
hafta.az

10Mənbələr