AZ

ABŞ Polşanı G20-nin 2026-cı il sammitinə dəvət etdi

ABŞ Polşanı 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək “Böyük İyirmilik” (G20) sammitinə dəvət edib.

Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio Polşanın Cənubi Afrika Respublikasının əvəzinə G20 sammitində iştirak etməyə dəvət edildiyini açıqlayıb.

Nəşrin yazdığına görə, ABŞ Polşa ilə tərəfdaşlığı yüksək qiymətləndirir və Varşava ilə əməkdaşlığın 1989-cu ildə ölkənin Varşava Müqaviləsi Təşkilatından çıxmasından sonra uğurla davam etdiyini vurğulayır. Marko Rubio bildirib ki, “vaxtilə Dəmir pərdənin arxasında qalan bir ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və G20-də öz layiqli yerini tutacaq”.

Seçilən
17
aznews.az

1Mənbələr