AZ

“Sırski vəzifədən azad edilməli, orduda tam maliyyə auditi aparılmalıdır” - Ukraynalı deputat

Ali Radanın deputatı Maryana Bezuqlaya Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti barədə danışıb.

Herbiand.az xəbər verir ki, deputat bu barədə Ali Radanın iclasında öz fikrini bildirib.

O, qeyd edib ki, Ukrayna ordusunun cəbhədəki vəziyyəti kritikdir: “Pokrovsk artıq faktiki olaraq ələ keçirilib, Mirnoqrad isə tamamilə mühasirəyə alınıb”.

Bezuqlaya həmçinin əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Zaporojye regional mərkəzinə yaxınlaşır və Kostantinovkada fəal şəkildə irəliləyirlər.

Deputat hesab edir ki, ölkə təcili olaraq Ukrayna ordusu komandanlığında sərt kadr qərarları qəbul etməlidir. O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin vəzifədən azad edilməsini, eləcə də Baş Qərargahda islahatların keçirilməsi və orduda tam maliyyə auditinin aparılmasını tələb edib.

O, sülh prosesinə şübhə ilə yanaşdığını bildirib: “Hesab edirəm ki, Ağ Ev tərəfindən təklif olunan sülh planı üzrə davam edən danışıqlar heç nəyə gətirib çıxarmayacaq. Münaqişə hələ bir ildən çox davam edəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr