AZ

ABŞ-də kütləvi qətliamın QARŞISI ALINDI – Pakistanlı miqrant HƏBS OLUNDU

ABŞ-də kütləvi qətliamın qarşısı alınıb. 

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. FTB Delaver Universitetini qana boyamaq istəyən 27 yaşlı şübhəlini saxlayıb, ondan silah və hücum planı götürülüb.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) kütləvi güllələnmə hazırlamaqda ittiham olunan 27 yaşlı Pakistan əsilli miqrantı saxlayıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsdən silah-sursat və qarşıdan gələn hücumun müfəssəl planı müsadirə edilib.

İstintaq materiallarına əsasən, terror aktının hədəfi Delaver Universitetinin kampusu olmalı imiş.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
1
interpress.az

2Mənbələr