Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 23-də saat 10:45 radələrində Əli İsazadə küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 43-BB-638 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü “Yol ver” nişanını nəzərə almadan yolayrıcına daxil olub və sol tərəfdən gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.
Xoşbəxtlikdən, görüntünü qeydə alan avtomobildəki sürücü vaxtında manevr sola manevr edərək toqquşmanın qarşısını alıb. Qeyd edək ki, “Yol ver” nişanının tələbinə əməl olunmaması ən çox qəza ilə nəticələnən pozuntulardan biridir və sürücülər belə məntəqələrə yaxınlaşarkən mütləq şəkildə sürəti azaltmalı, hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinə yol verməlidirlər.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.