Goranboyda qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ markalı minik maşını digər avtomobilə çırpılıb. Zərbənin təsirindən "VAZ" yarasız hala düşüb. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov