Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiyanın Türkiyədən etdiyi şirniyyat idxalı oktyabr ayında bütün zamanların rekordunu yeniləyib və ümumi şirniyyat ixracı 15,1 milyon dollara yüksəlib.
“Cebheinfo.az” xəbər verir ki, bu, sentyabr ayına nisbətən 19 %, keçən ilin eyni dövrü ilə müqayisədə isə 23 % artım deməkdir.
Türkiyə Statistika İnstitutunun məlumatlarına əsasən, Rusiyanın şirniyyat idxalı həm aylıq, həm də illik müqayisədə kəskin artım göstərib.
Məlumatlar göstərir ki, rus istehlakçılar xüsusilə şokolad məhsullarına böyük maraq göstərirlər.Oktyabrda Moskva Türkiyədən 7,3 milyon dollarlıq şokolad və şokolad məhsulları alıb. Un məmulatları kateqoriyasında idxal 5,2 milyon dollara, şəkər əsaslı şirniyyatların idxalı isə 2,7 milyon dollara çatıb.
İllik müqayisədə ən böyük artım şokolad ixracında qeydə alınıb. Türkiyənin Rusiyaya şokolad ixracı keçən ilə nisbətən 48% artıb. Un məmulatlarında artım 7 %, şəkərli məhsullarda isə 4 % təşkil edib.
İlin ilk on ayında Türkiyədən Rusiyaya şirniyyat ixracının ümumi həcmi 109,1 milyon dollara çataraq, keçən ilin eyni dövrünə nisbətən üçdə bir artıb.
Bu dövrdə Rusiya Türkiyədən 52 milyon dollarlıq şokolad, 37,7 milyon dollarlıq un məmulatı və 19,5 milyon dollarlıq şəkərli məhsul idxal edib.
Məlumatlar Türkiyənin Rusiyanın şirniyyat məhsulları üçün getdikcə daha vacib tədarükçüsünə çevrildiyini təsdiqləyir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.