AZ

Netanyahu onu “Mossad”a direktor TƏYİN ETDİ

İsrailin baş naziri Binyamin Netanyahu öz hərbi katibi, general-mayor Roman Hofmanı İsrailin kəşfiyyat xidməti “Mossad”ın yeni direktoru vəzifəsinə irəli sürmək qərarına gəlib.

Musavat.comxəbər verir ki, bu barədə baş nazirin ofisinin açıqlamasında bildirilib.

Hofman hazırkı direktor David Barneanın yerinə gələcək və onun beş illik səlahiyyət müddəti 2026-cı ilin iyun ayında başa çatacaq.

Netanyahu müvafiq təklifi bu gün rəhbər vəzifələrə təyinatlar üzrə Məsləhət Komitəsinə göndərib.

Seçilən
60
ictimairey.az

1Mənbələr