Laçın. Trend:
Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edənyanğınların söndürülməsi üçün helikopter cəlb edilib.
Trend-inQarabağ bürosunun xəbərinə görə, bir neçə gündür ərazidə davam edənyanğın dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaqüçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, DövlətYanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətininqüvvələri cəlb olunub.
Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudanyanğınsöndürmə əməliyyatları davam etdirilir