AZ

Nazir müavini: Bütün istiqamətlərdə dövlətimiz gənclərin yanındadır

Bakı, 4 dekabr, AZƏRTAC

Müstəqillik dövründə ölkəmizdə yeni nəsil formalaşdıra bildik. Həmin nəsil Vətənimizi qorudu, müdafiə etdi və işğal altındakı torpaqlarımızı düşmən əsarətindən qurtardı. Bu gün də onlar dövlətimizin inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxışı zamanı deyib.

"Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə 10 minlərlə gənc qoşulur və məsuliyyətli münasibətini nümayiş etdirir. Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Belə ki, ölkə başçısının hakimiyyətə gəlişindən sonra bilavasitə gənclərin məsələləri ilə məşğul olması üçün bir neçə dövlət qurumu yaradıldı. Bu, onu göstərir ki, bütün istiqamətlərdə dövlətimiz gənc vətəndaşların yanındadır", - deyə F.Hacıyev bildirib.

 

Seçilən
63
1
azertag.az

2Mənbələr