AZ

Bu ölkə ilk dəfə Ermənistana hərbi attaşe təyin etdi

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bu vəzifəyə mayor Tomas Şarland təyin olunub.

“Bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın getdikcə möhkəmləndiyini əks etdirir. Bu hadisə ölkələrimizin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək”, - səfirlikdən bildirilib.

Seçilən
25
9
sitat.info

10Mənbələr