AZ

"Sovetdən qalan Elmlər Akademiyası işləmir, pul boşa gedir" - Ekspertdən ETİRAZ

Deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı bildirib ki, Azərbaycanda beynəlxalq tədbirlərə ayrılan 239 milyon manat məbləği elm üçün nəzərdə tutulan vəsaiti üstələyir.

Bununla bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda sovetdən qalan Elmlər Akademiyası sistemi effektiv işləməyib və elmin iqtisadiyyatla birbaşa bağını təmin etmir:

"Elm üçün ayrılan vəsait əsasən inzibati binaların xərclərinə və maaşlara sərf olunur. Belə şəraitdə elmi kəşflər və iqtisadiyyata tətbiq oluna biləcək nailiyyətlər yaranmır".

O bildirdi ki, dünya ölkələrində Elmlər Akademiyaları daha çox alimlərin diskussiya mərkəzi və ya QHT funksiyasını yerinə yetirir, elm universitetlərdə və iri şirkətlərin tərkibində inkişaf etdirilir. Azərbaycanda isə belə praktika mövcud deyil.

"Elm ilə iqtisadiyyat arasında orqanik bağ yaranmayıbsa, ayrılan vəsaitin effekti olmayacaq", - deyə iqtisadçı vurğuladı.

Natiq Cəfərli turizm sektoruna da diqqət çəkərək dedi ki, ölkədə vizaların mövcudluğu problem deyil:

"Avropa və ABŞ vətəndaşları Azərbaycanda qalmaq üçün gəlmirlər. Turizmə ən böyük zərbə isə beş ildən artıq bağlı quru sərhədlərdən gəlir. Bu, xidmət sektoruna və ölkənin imicinə ciddi təsir edir. Əsas problem sərhədlərin açılmasıdır", - deyə o vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
60
1
redaktor.az

2Mənbələr