AZ

Rusiya Gulyaypol istiqamətində irəliləməyə başladı – Zelenski çətin vəziyyətdədir

Rusiyanın Gulyaypol yaxınlığındakı irəliləyişi qəfil Ukrayna müdafiəsinin zəifləməsi deyil, müxtəlif istiqamətlərdən bölmələrin cəmləşdirilməsi və qüvvələrin toplanmasının nəticəsidir.

KONKRET.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, rus qoşunları 2025-ci ilin noyabr ortalarında Gulyaypolun şimal-şərq və şərq hissəsində taktiki irəliləyiş əldə edə biliblər. Bu, Pokrovska-Dobropollye istiqamətindəki qüvvələrə bərabər sayda qruplaşmanın cəmləşdirilməsi sayəsində mümkün olub.

Gulyaypol ətrafındakı rus qruplaşmasına 35-ci ümumqoşun ordusunun üç briqadası, 5-ci ordunun bir diviziyası və iki briqadası, 36-cı ordunun iki briqadası, eləcə də 29-cu ordunun bir briqadası və bir alayı daxildir. 2025-ci ilin yay- payız aylarında rus komandanlığı şərq qruplaşmasını digər bölgələrdən bölmələr gətirərək gücləndirib.

Ukraynalı hərbi analitik Konstantin Maşovets qeyd edir ki, bu, rus qoşunlarına taktiki irəliləyişi 17 kilometrə qədər inkişaf etdirməyə, Yançur çayını Uspenovka ətrafında keçməyə və Gulyaypolun şimal və şimal-şərq qəsəbələrinə çıxmağa imkan verib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
64
1
konkret.az

2Mənbələr