AZ

Türkiyə Ordusu bütün imkanlara və qətiyyətə malikdir!

Türkiyə Milli Müdafiə Nazirliyi: Türkiyə Silahlı Qüvvələri türk xalqına heç bir təhlükə yaratmayanlara təhdid deyil. Eyni zamanda, Türkiyə Ordusu ölkənin üzləşdiyi çətinlikləri həll etmək üçün imkanlara və qətiyyətə malikdir.

Müdafiə Nazirliyi Türkiyənin maraqlarına zərər vurmağa yönəlmiş istənilən addımın uğursuzluğa məhkum olacağına əminliyini bildirib.

"Bölgədə sülhün və sabitliyin təmin edilməsi Türkiyənin prioriteti olaraq qalır. Buraya Egey dənizi də daxildir. Türkiyə Silahlı Qüvvələri bütün öhdəliklərini yerinə yetirməyə hazırdır", - deyə Müdafiə Nazirliyi Afinanın regional inkişafa konstruktiv yanaşmasına ümid etdiyini bildirib.

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə gəmilərdə baş verən yanğınlarla bağlı da şərh verib. "Davam edən müharibənin yaratdığı təhdidlər fonunda Türkiyə Ordusu bütün zəruri tədbirləri görür. Lakin bu addımlar yalnız riskləri minimuma endirə bilər, davamlı sülh isə uzunmüddətli təhlükəsizlik üçün vacibdir", - deyə Müdafiə Nazirliyi vurğulayıb.

Eyni zamanda, nazirlik Türkiyə qoşunlarının Albaniyadakı "Paşalimanı" dəniz bazasından çıxarılması ilə bağlı məlumatları təkzib edib.

Xatıtrladaq ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyəni hədəf alan "Egey dənizini raketlərlə bağlamaq" planını elan etmişdi.

Seçilən
32
1
anspress.com

2Mənbələr