AZ

Mariya Zaxarova: Heç zaman Qarabağın Ermənistana birləşdirilməsi barədə danışıqlar aparılmayıb

Qarabağla bağlı danışıqlarda hər zaman iki komponent - beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət və Qarabağın köklü əhalisinin maraqları və hüquqlarının təmin olunması arasında balans axtarılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi barədə danışıqlar aparılmayıb.

Seçilən
187
3
apa.az

10Mənbələr