AZ

“Salyanski kazarma” niyə zibilxana poliqonu edilib? – FOTO

Məlum olur ki, Şəfayət Mehdiyev küçəsindəki bu əraziyə (foto təqdim edilir. ləğv edilmiş LiderTV-nin məşhur binasının (AzKONTRAK-ın binası) qarşısı) hər səhər maşınlarla müxtəlif tullantılar daşınıb tökülür. Burada antisanitar şərait yaranıb. Ətrafda yaşayanlar dəfələrlə yazıb-desələr də xeyri yoxdur.

Tezadlar.az xatırladır ki, sosial şəbəkələrdə sakinlər yazır ki, bu barədə iki il əvvəl yazıblar, gəlib ərazini təmizləyiblər, amma hazırda yenidən zibil poliqonuna çevrilib.

Sakinlədən biri də yazır: “Şəkilin sol tərəfində gördüyünüz gırmızı bir mərtəbəli tikili (şəkili böyütsəz daha aydın görəcəksiz) minbərlərdir. Ora cox guman kazarmalar gurulmamışdan qabaq məcsid (üzü qibləyə baxır) və ya müsəlmanlara aid ibadət yeri olub. Dəfələrlə xəbər portallarına yazdım ki maraqlansınlar, amma reaksiya olmadı. Qərb gonşularımızda belə tapıntı olsaydı, dərhal adın “drevniy” goyub restavrasiya edib şişirdərdilər. 13 ildi eşidirik park olacaq, 13 ildi bura zibil atırlar, 13 ildi buldozer şumluyur…”.

Nə deyirik, Müdafiə Nazirliyinin balansında olan ərazi olduğundan, inanırıq ki, nazirliyin aidiyyəti qurumları paytaxtın mərkəzi sayılan bu ərazinin təqyinatını müəyyənləşdirib lazımi tədbir görəcəklər…

Seçilən
17
nocomment.az

1Mənbələr