AZ

Buxar vannasının dəriyə təsiri

Buxar vannası dərini təmizləmə və canlandırma gücü ilə fərqlənir.


Pravda.az bildirir ki, buxarın dəriyə birbaşa təsiri nəticəsində gözənəklər açılır və çirklər daha rahat təmizlənir. Bu proses sızanaqlar, qara nöqtələrin yaranmasının qarşısını almaqda mühüm rol oynayır.


Aparılan araşdırmalara görə, buxar vannası dərinin nəmlənməsini artırır və tətbiq olunan maska və serumların dəriyə daha dərindən hopmasına şərait yaradır. İstilik təsiri qan dövranını sürətləndirərək dəridə daha canlı, parlaq və hamar görünüş formalaşdırır.


Mütəxəssislər xəbərdarlıq edirlər ki, buxar vannasından istifadə edərkən tezliyə diqqət etmək vacibdir. Dəriyə zərər verməmək üçün prosedurun həftədə 1–2 dəfə, hər dəfə isə 5–10 dəqiqə olmaqla tətbiq edilməsi məsləhət görülür. Həddindən artıq tətbiq edilən buxar vannası dəridə quruluq və həssaslıq yarada bilər.


Əminə Bayramova 

Tarix: 4 Dekabr 2025, 16:36   
Seçilən
16
pravda.az

1Mənbələr