AZ

Polşa Ukraynadakı yaralılara 200 milyonda çox pul xərcləyib

Polşa 2024-cü il ərzində ölkədə yaşayan ukraynalı qaçqınların tibbi xidmətinə 747 milyon zlotı (təxminən 206 milyon ABŞ dolları) xərcləyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, il ərzində 523 mindən çox ukraynalı Polşanın dövlət tibbi xidmətindən yararlanıb.

Qeyd edək ki, sentyabr ayında Polşa parlamenti işləməyən ukraynalı qaçqınların sosial yardım alma hüququnu məhdudlaşdıran qanun qəbul edib. Daha sonra, noyabr ayında ölkə prezidenti Karol Navrotski açıqlamasında bildirib ki, ukraynalı qaçqınlara digər millətlərin nümayəndələri ilə eyni yanaşılmalıdır.

Prezident Navrotski yaxınlarda Jeşuv logistika mərkəzinə səfəri zamanı qeyd edib ki, Ukraynanın Rusiya ilə münaqişədə müdafiəsini davam etdirməsi hələ də Varşavanın səyləri sayəsində mümkündür.

Polşa prezidentinin administrasiyasının nümayəndəsi Marçin Pşidaç isə Ukrayna lideri Vladimir Zelenskini münasibətlərə aydınlıq gətirməyə çağıraraq bildirib ki, Kiyev hazırda “çətin vəziyyətdədir” və müttəfiqlərə ehtiyac duyur.

Nuriyyə NATİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr