Bakı.Trend:
Hazırda Azərbaycanın ümumilikdə su anbarlarının ehtiyatı 25milyon kubmetr təşkil edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət SuEhtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, il ərzində yağan yağışlar və mövsümi proseslər suehtiyatlarının formalaşmasına müəyyən təsir göstərir.
"Yağıntıların miqdarı və paylanması anbarlara daxil olan suyunhəcminə birbaşa təsir edən amillərdən biridir. Eyni zamandatəbii-iqlim şəraiti, temperatur dəyişimi və ekoloji faktorlar da suehtiyatlarının mövcudluğunda rol oynayır. Bu amillərin təsirinəticəsində su anbarlarında ehtiyat səviyyəsi il ərzində artan vəazalan dinamikaya malik olur. Hazırkı mərhələdə mövcud suehtiyatları qənaətbəxş hesab edilir",- deyə qurumdan əlavəedilib.