Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, bir neçə gündür ərazidə davam edən yanğın dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri və Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.